YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: TANAP layihəsinın açılışı çox əlamətdar hadisədir

«Azərbaycan dünyada az ölkələrdəndir ki, öz ərazisindən 4 dəfə çox uzunluğu olan layihə həyata keçirir». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, bu gün TANAP (Trans Anatolian Natural Gas Pipeline) layihəsinın açılışı çox əlamətdar hadisədir.

«80%-i Azərbaycana (20%- Türkiyə) məxsus olan bu boru xəttinin uzunluğu 1850 km dir. Türkiyə ərazisində Ardahan-dan Eskişehir-ə qədər uzanır. İldə 16 milyard m3 (2026-da 31 mlrd m3) qaz nəql edəcək bu layihə dünyanın ən böyük laiyhəsi olan Cənub Qaz Dəhlizi  layihəsinin əsas tərkib hissəsidir. Qürurverici haldır ki, bu layihənin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir»-deyə, deputat qeyd edib.