YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir

Azərbaycanda bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyəti qurumlara hesabat vermirlər.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, belə olan halda isə qeyri-şəffaflıq ortaya çıxır: “İndi öz aralarında mübahisə edirlər ki, pul gəlir, mənimsənilir. Bu isə ölkənin ümumi siyasi sisteminə zərər verir”.

O vurğulayıb ki, hər bir siyasi partiya öz hesabatını həm ictimaiyyətə, həm də aidiyyəti qurumlara təqdim etməlidir.