YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Tolerantlıq ölkəmiz üçün mühüm dəyərdir

«Multikulturalizm və tolerantlıq ölkəmizi dünyada tanıdan əsas dəyərlər sırasındadır». Bu fikri Milli Məclisin deputatı Azər Badamov  deyib.

A.Badamov bildirib ki, son illər Azərbaycanda multikulturalizmə həsr olunan mötəbər beynəlxalq tədbirlər keçirilir. Onun fikrincə, bu fakt multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olduğunun bariz nümunəsidir.

«Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində məscidlər, kilsələr və sinaqoqlar tikilir və bərpa edilir. Azərbaycanda müxtəlif mədəniyyətlərə dövlət tərəfindən göstərilən qayğı digər dövlətlərə əsl nümunədir. Dünyada sülh və sabitlik qitəsi kimi tanınan Avropa son illər artıq multikulturalizmdən imtina edir»- deyə, deputat qeyd edib.