YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Cəlilov: Bələdiyyə xəritələri hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, ərazidəki torpaqların təyinatını və keyfiyyət göstəricilərini özündə əks etdirir

«Prezident İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirməsi, torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində mühüm tapşırıqlar verib». Bu fikri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

R.Cəlilov bildirib ki, ölkə başçısı tərəfindən imzalanan 2016-cı il 7 mart tarixli Fərmana əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılır və rəqəmsal kadastr xəritəsi tərtib edilir, bu istiqamətdə müasir yanaşmalar, elmi texniki nailiyyətlər tətbiq olunur. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib, ixtisaslı kadrlar işə cəlb edilib. Komitə tərəfindən görülən bu genişmiqyaslı tədbirlər torpaq bazarının təkmilləşdirilməsinə, torpaq balansının dəqiqləşdirilməsinə, o cümlədən vahid torpaq bazasının yaradılmasına, idarəetmədə səmərəlilik prinsipinin təmin edilməsinə imkan verir.

«Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, münbitlik dərəcəsi, şorlaşma vəziyyəti, mühafizə zonaları və digər məlumatlar əksini tapır. Bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 6 rayonda (Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakən) kadastr işlərinin praktiki istifadəsinə başlanılıb. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb. Bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, ərazidəki torpaqların təyinatını və keyfiyyət göstəricilərini özündə əks etdirir. Bu isə bələdiyyə torpaqlarının daha səmərəli idarə edilməsinə imkan verir»-deyə, R.Cəlilov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv