YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması zəruridir

“Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması zəruridir. Ona görə də, Səhiyyə komitəsinin bu sənədlə bağlı layihəni diqqət mərkəzində saxlayır. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilməlidir. Onun sözlərinə görə, bu mağazaların açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçiriləcək.

«10 maddən ibarət qanun layihəsində bildirilir ki, optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının, digər əlaqəli məmulatların, ehtiyat hissələrinin və aksesuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya da bilər. Məhsulların satışı pasiyentin sifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir. Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır. Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz»-deyə, komitə sədri qeyd edib.

DİGƏR Xəbərlər Arxiv