YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Möhbalıyev: Azərbaycanda sosial-iqtisadi inkişaf yönümündə əhəmiyyətli dəyişikliklər baş verir

«Qloballaşma müasir dünyanın inkişafında dönməz tendensiyadır. Onun nəticələri bu və ya başqa dərəcədə milyonlarla insanın həyatına təsir edir. Qloballaşmanın əsasında kapitalın, malların, xidmətlərin, texnologiyaların, informasiya və işçi qüvvəsinin dünyada daha çox sərbəst yerdəyişməsi dayanır. Beləliklə də inkişaf etmiş və inkişaf edən ölkələrin iqtisadiyyatı milli qapalılığını itirir, qlobal sistemin bir hissəsinə çevrilir». Bu fikirləri AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev bildirib ki, hər bir dövlətdə insanların rifahı bir çox cəhətdən sosial sahədəki vəziyyətdən asılıdır. Məhz bu, sosial inkişaf yolunda cəmiyyətin irəliləməsinin göstəricisi  rolunu oynayır. Sosial sahənin uğurlara imza atması üçün milli və beynəlxalq səviyyədə müvafiq sosial siyasətin həyata keçirilməsi tələb olunur.

«Biz həmkarlar ittifaqları olaraq qətiyyətlə ədalətli qloballaşmaya tərəfdarıq. Çalışırıq ki, hamının, o cümlədən qadınların və gənclərin tam, məhsuldar məşğulluğu, layiqli, ədalətli əməklə təmin olunmaları məsələləri bizim daxili, milli inkişaf strategiyamıza uyğun həllini tapsın”.
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf yönümündə əhəmiyyətli dəyişikliklər baş verir. Aparılan genişmiqyaslı islahatlar, layiqli əmək şəraitinin təmin olunmasına yönələn addımlar əhalinin rifahının yaxşılaşdırılmasını şərtləndirir. Azərbaycan Respublikasında Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla həyata keçirilməsi nəticəsində BƏT-in iki konvensiyası ratifikasiya olunub, “Gənclərin Məşğulluğu üzrə Milli Tədbirlər Planı” hazırlanıb. Son onillikdə Azərbaycan sürətli inkişafa nail olub, yuxarı ortagəlirli ölkəyə çevrilib.
Ölkədə işçilərin sosial müdafiəsinin gücləndirilməsi, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ötən ilin mart ayında müxtəlif dövlət qurumlarının, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin də daxil olduğu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Komissiya uğurla fəaliyyət göstərir»- deyə, AHİK sədri vurğulayıb.