YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Serbiyanın fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və onun səfir kimi fəaliyyəti dövründə Serbiyanın dövlət və hökumət başçıları, digər rəsmi şəxsləri və parlament nümayəndə heyətlərinin Azərbaycana intensiv səfərlərini xüsusi qeyd edib.

Səfir Neboyşa Rodiç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan ilə Serbiya arasında tərəfdaşlığın inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçə gələcək fəaliyyətində uğurlar arzu edib.

 

DİGƏR Xəbərlər Arxiv