YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Zakir Həsənov MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında iştirak edir

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Tuva Respublikasında səfərdədir.

İyunun 6-da Tuva Respublikasının paytaxtı Kızıl şəhərində MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası başlayıb. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistanın müdafiə nazirləri, eləcə də MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edirlər. Monqolustanın müdafiə naziri tədbirdə fəxri qonaq qismində iştirak edir.

İyunun 5-də iclas iştirakçıları Tuva Milli Muzeyində olublar. Qonaqlara skif dövrünə aid qızıl və tunc bəzək əşyaları nümayiş etdirilib. Həmin gün iclas iştirakçıları “Sarsılmaz əfsanə” adlı sərgi ilə də tanış olublar. Sərgidə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yaradıcılığından nümunələr də təqdim olunub.

İyunun 6-da iclasdan əvvəl MDB dövlətlərinin müdafiə nazirləri Kızıl şəhərindəki Qələbə meydanında memorial kompleksin önünə əklillər qoyublar.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatına görə, iclasda hərbi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, hərbi təhsil, fiziki hazırlıq və digər sahələrə dair 24 məsələ müzakirə ediləcək. Nəzərdən keçiriləcək məsələlər arasında MDB ölkələrinin 2020-ci ilədək hərbi əməkdaşlığının prioritetləri, “ArMİ-2018” beynəlxalq oyunlarının keçirilməsi, “Regional təhlükəsizlik-2018” birləşmiş hava hücumundan müdafiə sistemləri üzrə birgə kompüter komanda-qərargah təlimləri və digər mövzular da var.