YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Cənub Qaz Dəhlizi ölkəmizin geosiyasi, geoiqtisadi mövqelərini daha da möhkəmləndirəcək

Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin ideya müəllifi olduğu və geniş əməkdaşlıq nəticəsində reallaşdırılan böyük layihədir.

Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, bu nəhəng layihə Azərbaycanı Avropa ilə daha sıx birləşdirir. Bundan başqa, Avropanın cənubunda yerləşən ölkələrin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətini artırır. Həmin ölkələrin bir mənbədən asılılığının qarşısını alır. Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi, geoiqtisadi mövqelərini daha da möhkəmləndirəcək. Həmçinin dövlətimizin büdcəsinə xeyli gəlir gətirəcək, vətəndaşlarımızın sosial rifah halı daha da yaxşılaşacaq. Bu layihənin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layihənin qlobal xarakter daşıdığını və mühüm beynəlxalq əməkdaşlıq platforması olduğunu göstərir. Digər enerji layihələrində olduğu kimi, ABŞ da Cənub Qaz Dəhlizinin reallaşmasına dəstək verib. Bir sözlə, Cənub Qaz Dəhlizi Azərbaycanın böyük uğurlarından biridir və ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir.