YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Əhmədzadə: Bu il 100 min hektaradək torpaqlar su ilə təmin olunacaq

Cari ildə 100 min hektara yaxın torpaqlar su ilə təmin ediləcək.

Bu barədə jurnalistlərə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda ümumilikdə 103 min hektar suvarma suyu çəkilib. Bu il həmin tədbirlər davam etdirilir. Cari ildə 100 min hektara yaxın torpaqlar su ilə təmin ediləcək: “Bu il Goranboy Aqroparkı yaradılıb. Bu aqroparkdan Şəmkirçay su anbarı vasitəsilə 4 min 700 hektar sahəyə su çatdırılıb. Bu da Şəmkirçay Su Anbarının böyük əhəmiyyətə malik olduğunu göstərir”.