YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Məmmədov: Bu ilin 4 ayında Azərbaycan və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 15 faiz artıb

Bu ilin 4 ayında Azərbaycan və Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi 15 faiz artıb. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz, 2018-ci ilin 4 ayında 42 faiz təşkil edib.

Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyunun 5-də Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir müavini qeyd edib ki, ötən ilin 9 ayında Avropa İttifaqı Azərbaycana 15,3 milyard dollar investisiya yatırıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi, 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri imzalanıb.

"Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAIEX, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 milyon avroya yaxın məbləğdə dəstək göstərilib", - deyə R.Məmmədov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv