YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Həyata keçirilən nəhəng layihələr Azərbaycanın dünyada nüfuzunu daha da artırır

«Əldə olunan uğurlar, həyata keçirilən nəhəng layihələr Azərbaycanın dünyada nüfuzunu daha da artırır». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatına 231 milyard dollardan çox investisiya (yarısı xarici investisiya) qoyulub. Onun sözlərinə görə,  bu dövrdə əhalinin gəlirlərinin 7,1 dəfə, minimum əmək haqqının 5,2 dəfə artıb.

«Orta aylıq nominal əmək haqqı 6,6 dəfə artıb, işsizlik və yoxsulluq səviyyələri müvafiq olaraq 9,2 və 44,7 faizdən 5 faiz səviyyəsinədək azalıb. 2017-ci il dövlət büdcəsinin icrası da iqtisadiyyatımızda müsbət meyillərin gücləndiyini sübut edir.  2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib»-deyə, komitə sədri vurğulayıb.