YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Beynəlxalq sənədlər tələb edir ki, işğal olunmuş Azərbaycan əraziləri azad edilməlidir

«Xocalı soyqırımını törədən və bunu mətbuatda etiraf edən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də layıq olduğu cəzanı almayıb». Bu fikri Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımı qarşısında susqunluq nümayiş etdirir, ona layiq olduğu ədalətli qiymət verilmir və bu bəşəri cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunmayıblar. Onun sözlərinə görə, bu cür insanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər qeyd-şərtsiz cəzalanmalıdır ki, digərlərinə dərs olsun, gələcəkdə belə faciələr bir daha törədilməsin.

«Bununla belə, bir sıra ölkələr bu faciəyə düzgün hüquqi qiymət verib. Bir sıra ölkələr Dağlıq Qarabağ münaqişəsinə ədalətli mövqe nümayiş etdirir, Ermənistanın işğalçılıq siyasətini pisləyiblər.  Ümümilikdə, dünya birliyi Azərbaycanı ərazi bütövlüyünü tanısa da, işğalçı Ermənistana qarşı ciddi addımlar atılmır. Biz ATƏT-in Minsk qrupunun münaqişənin həllində daha dinamik fəaliyyət göstərməsini istəyirik. BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər qəbul olunmuş beynəlxalq sənədlər tələb edir ki, işğal olunmuş Azərbaycan əraziləri azad edilməlidir. Minsk qrupu öz işini bu istiqamətdə qurmalıdır»-deyə, A.Quliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv