YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub

Azərbaycanın Rusiyaya investisiyalarının ümumi həcmi bir milyard dolları ötür.

Bunu Həştərxanda Azərbaycan iş mərkəzinin açılışı mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir əlavə edib ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları dörd milyard dollara çatıb: “Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ona görə də təsadüfi deyil ki, Azərbaycan ilk ticarət nümayəndəliyini məhz Rusiyada açıb. İkitərəfli ticarətdə müsbət tendensiya müşahidə olunur. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22 faiz artıb və iki milyard dollara çatıb. Bu ilin dörd ayı ərzində ticarət dövriyyəsi artıq 30 faiz artıb”.

Qeyd edək ki, bu gün Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Azərbaycanın Rusiyadakı ilk ticarət nümayəndəliyi açılıb.

 

 

DİGƏR Xəbərlər Arxiv