YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: 2017-ci ilin dövlət büdcəsi uğurla icra olunub

«2017-ci ilin dövlət büdcəsi uğurla icra olunub. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə uğurlu siyasət həyata keçirilib və  2017-ci il bir sıra nailiyyətlərlə yadda qalıb». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, neft faktorunun büdcədə azaldılması, manatın dayanıqlığı, kənd təsərrüfatın inkişaf etidirilməsi bu uğurun əsas göstəricilərindən biridir. Onun sözlərinə görə, 2017-ci ildə ölkə iqtisadiyatı ilə bağlı bir sıra mühüm hadisələr də baş verib. Belə ki, ötən il “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadıldı, Bakı-Tbilisi-Qars dəmiryolunun işə salındı. Bütün bunlar vacib məsələlərdir.

«Amma bəzi məsələlər var. Yeni hökumət formalaşıb, kifayət qədər dəyişikliklər baş verib. Büdcə vəçsaitlərinin düzgün istifadə olunmaması barədə fikirlər səslənir. Bu fikirlərə cavab verilməlidir. 2017-ci ildə  biz banklarla bağlı məsələni qaldırdıq. Düzdür manatın dayanıqlılığı çox yaxşıdır. Ancaq banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər. Azərbaycanda orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın. 2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinin, həm də əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamların imzalanması çox yaxşı haldır. Ancaq müəyyən  məsələlər var ki, onlar da öz həllini tapmalıdır. Və burada qaldırılan məsələlərə aydınlıq gətirilməlidir»-deyə, S.Novruzov vurğulayıb.