YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Azərbaycan qadınlarına diqqət və qayğı dövlət siyasətinin mərkəzində yer alıb

Bu gün Azərbaycan qadınlarına seçki hüququnun verilməsinin 100 illiyini qeyd edirik. Ötən illərdə Azərbaycanda qadın hərəkatı geniş vüsət alıb.

Bu sözləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.

Nurlana Əliyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bu günlərdə qadınlarımız dönüb geriyə baxanda onlara qürur, şərəf gətirən fəaliyyətlərini görürlər. Bu gün bütün sahələrdə qadınlarımızın fəal rolu müşahidə edilir. Azərbaycanda qadın hərəkatının genişlənməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdən başlayır. Bu hərəkat onun rəhbərlik etdiyi dövlətdə qadınlarımıza yüksək etimadın göstərilməsi, onların daim irəliyə çəkilməsi ilə səciyyələnir. Bu gün həmin siyasət uğurla davam etdirilir. Qadınlara diqqət və qayğı hazırda dövlətimizin siyasətinin mərkəzində yer alıb.

Nurlana Əliyeva deyib ki, bu gün Azərbaycanda qadın hərəkatı daha da mütəşəkkil olması ilə seçilir. Qadınlarımız istər parlamentdə, istər məhkəmə-hüquq orqanlarında, istərsə də səhiyyə və digər sahələrdə çox mütəşəkkil şəkildə fəaliyyət göstərirlər. Bu gün qadınlarımızın qarşısında duran ən məsuliyyətli işlərdən biri də gənclərimizin tərbiyəsidir. Çünki cəmiyyətimizin gələcəyi məhz gənclərimizdən asılıdır.