YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycan xanımları dünyaya fəal qadın nümunəsi göstərirlər

Azərbaycanda qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultaylarında ölkəmizin qadın hərəkatı tarixində yeni səhifələr açılıb. Ulu Öndərin bu sahədəki siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib.

Hicran Hüseynova Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumunun keçirilməsinin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tədbir iştirakçılarına məktub ünvanlamalarının önəmini qeyd edib. O vurğulayıb ki, bu gün Azərbaycanda gündən-günə genişlənən qadın hərəkatı var. Bu gün Azərbaycan xanımları dünyaya fəal qadın nümunəsi göstərirlər. Öz işində peşəkar, yüksəksəviyyəli mütəxəssis, sahəsindən asılı olmayaraq bilikli insan olmaq, eyni zamanda, öz xanımlığını qorumaq, ailəsinə və uşaqlarına sadiq qalmaq – bütün bunlar doğrudan da nümunədir.