YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Məmmədov: Azərbaycanla Qazaxıstanın iqtisadi-ticari əlaqələri ilbəil artır

Mayın 23-də Bakıda Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilir.

Tədbirdə çıxış edən Azərbaycanda İnvestisiyanın və İxracın Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov qardaş və dost Qazaxıstanla olan iqtisadi əməkdaşlıqdan, ticarət dövriyyəsindən bəhs edib.

Onun sözlərinə görə, Azərbaycanın Qazaxıstanla iqtisadi-ticari əlaqələri, yatırılan investisiyalar ilbəil artmaqdadır. Belə ki, Aktau şəhərində Azərbaycanın böyük logistik mərkəzi yaradılıb. Həmçinin Qazaxıstanda 80-dən çox Azərbaycan kapitalı ilə işləyən şirkət fəaliyyət göstərir. Ölkəmizdə isə Qazaxıstanın 73 şirkəti çalışır.

R.Məmmədov qeyd edib ki, bu rəqəmlər əslində ölkələrimizin mövcud potensialını əks etdirmir və ticarət dövriyyəsini artırmaq üçün hər iki respublikanın güclü potensialı var.