YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Las-Veqas şəhərinin meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, konsulluğa ünvanlanmış bəyannamədə Las-Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırır. Sənəddə, həmçinin Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq əlaqələrinin davamlı inkişafından məmnunluq ifadə edilir.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las-Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las-Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.