YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Əfqanıstan arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələsi müzakirə olunub

Sentyabrın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əfqanıstanlı həmkarı Zarar Əhməd Osmani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparıblar. Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə ölkəmizin cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.