Xəbərlər
Azərbaycandan elektrik enerjisinin ixracı 2,5 dəfədən çox artıb
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/faa787af60aedd4476a4388ced85b52c.jpg&w=360)
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 987 milyon 949 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ötən 4 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 47 milyon 303 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 387 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 535 min dollar olub.
Beləliklə də, bu ilin yanvar-aprel aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb.