YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Yaradılan yeni imkanlar ölkədə dayanıqlı iqtisadiyyat formalaşdırmaq istiqamətində mühüm addımdır

«Prezident İlham Əliyevin təşəbbüsləri ilə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə qoşulması və bu məqsədlə ölkədə inşa edilən infrastruktur layihələri ölkəmizə həm iqtisadi, həm də beynəlxalq nüfüz baxımından xeyli fayda gətirməkdədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla istismara verilməsi, ölkə daxilində qərb-şərq və şimal-cənub istiqamətdinə avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən çəkilməsi, 6 beynəlxalq statuslu hava limanlarının tikilməsi Azərbaycan ərazisində beynəlxalq yüklərin sürətli və təhlükəsiz daşınması üçün zəmin yaradıb. Onun sözlərinə görə, 2010-cü ildə təməli qoyulan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin son həlqəsi idi.

«Bakı-Tbilisi-Qars dəmir yolu ilə və avtomobil yolları ilə Qərbdən Şərqə və əks istiqamətdə daşınan yüklərin Xəzər dənizi ilə daşınması zərurəti dənizdə bu yüklərin çevik və innovativ metodlarla emal edilməsini həyata keçirəcək bir limana ehtiyac yaratmışdı. Ötən gün cənab Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən liman ilkin olaraq illik 15 milyon ton yük, o  cümlədən 100 min konteyner yükdaşıma potensialına malikdir. Gələcəkdə isə bu potensialın ilik 25 milyon ton yükə çatdırılması planlaşdırılır. Ələtdə yaradılacaq müasir qanunvericilik bazasi ilə tənzimlənən Ələt İqtisadi Zonasında xarici investisiyalar cəlb etməklə yaradılacaq istehsal sahələri ilə limanın yükdaşıma imkanlarının uzlaşdırılması gələcəkdə iqtisadiyyatın nəqliyyat sektorunun əlavə dəyər yaratmaq potensialını artıracaqdır.  Yaradılan bu yeni imkanlar ölkədə dayanıqlı iqtisadiyyat formalaşdırmaq istiqamətində də mühüm addımdır»-deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv