YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Yerli investisiyalar regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır

«Bu gün Azərbaycan dünyada stabil inkişafa malik, sabitliyin hökm sürdüyü, eləcə də multikultural dəyərləri özündə əks etdirən, tolerant bir dövlət olaraq tanınır. Azərbaycanda demokratik mühit mövcuddur və qanunun aliliyi təmin edilib». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, son bir ildə ölkəmizə rekord sayda turist cəlb olunub. Ən əsası ölkəmizdə keçirilən böyük miqyaslı idman tədbirləri, mədəni tədbirlər, eləcə də qlobal forumlar Azərbaycanı dünyaya bir daha təqdim etdi.

«Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasi kurs nəticəsində bu gün nəinki yaxın dövlətlərdən,  hətta məsafəcən bizdən uzaq dövlətlərdən turistlər Azərbaycana maraq göstərir. Ölkəmizə gələn, buradakı mühitlə, şəraitlə yaxından tanış olan insanlar isə Azərbaycandakı münbit investisiya şəraitini görür və onu dəyərləndirməyə çalışır. Bir daha statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2004-2018-ci illərdə Azərbaycana 231 milyard dollar sərmayə qoyulub. 2017-ci ildə isə bu rəqəm 14,6 milyard olub. Möhtərəm Prezidentimizin ötən ilin sosial iqtisadi yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, bu gün ancaq sabit və gözəl gələcəyi olan ölkələrə investisiya qoyulur. Bu ilin ilk üç ayında isə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir. Hər bir investisiya, layihə isə yeni iş yerləri deməkdir. Bu gün Azərbaycanda genişmiqyaslı layihələr həyata keçirilir və bunun müqabilində isə yeni iş yeriləri yaradılır. Təsadüfi deyil ki, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Yəni, iqtisadiyyatın genişlənməsi, çoxşaxəli inkişafı birmənalı şəkildə vətəndaşların sosial rifahının üksəlməsinə xidmət göstərir. Eyni zamanda, Azərbaycan dövlətinin yerli yatırımları bölgələrin inkişafında, yeni infrastrukturların yaradılmasında əhəmiyyətli və əsaslı rol oynayıb. Yerli investisiyalar sayəsində bu gün regionlar özünün ən yüksək inkişaf dövrünü yaşayır»-deyə, deputat qeyd edib.