YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatları Gürcüstan parlamentinin spikeri ilə görüşüb

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Gürcüstanda səfərdədir. Mayın 14-də işçi qrupun rəhbəri  Əflatun Amaşovun başçılıq etdiyi nümayəndə heyəti  Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında münasibətlər və parlamentlərarası əlaqələr müzakirə olunub. Əflatun Amaşov hər iki ölkənin əlaqələrinin davamlı olaraq inkişaf etdiyini deyərək parlamentlər arasında olan əməkdaşlıqdan da məmnunluğunu ifadə edib. O həmçinin bu əməkdaşlığın daha da genişləndirilməsi potensialının olduğunu diqqətə çatdırıb.

İ. Kobaxidze görüşdən məmnunluğunu ifadə edərək Gürcüstan və Azərbaycanın strateji tərəfdaş olduğunu qeyd edib. Spiker Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ikitərəfli münasibətlərə böyük önəm verdiyini bildirib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsi dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə  Əflatun Amaşov, Hikmət Babaoğlu, Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev və  Rasim Musabəyov daxildir. Mayın 16-dək davam edəcək səfərdə nümayəndə heyətinin Gürcüstanın bir sıra rəsmi şəxsləri  ilə görüşləri nəzərdə tutulur.

DİGƏR Xəbərlər Arxiv