YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«700 min ağac əkək» kampaniyası başa çatıb

Mayın 12-də Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan «700 min ağac əkək» kampaniyasına yekun vurulub. YAP-ın yaranmasının 25 illiyi münasibətilə keçirilən kampaniyanın

Xəzər rayonun Türkan qəsəbəsi ərazisində keçirilən son ağacəkmə aksiyasında YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, partiyanın fəalları, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu aksiya Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədardır. Kampaniya çərçivəsində YAP-ın üzvlərinin sayı qədər - 700 min ağac əkilməsinin nəzərdə tutulduğunu deyən Əli Əhmədovun sözlərinə görə, kampaniya ötən ilin noyabr ayından başlayıb: «Bu günə qədər YAP üzvləri tərəfindən Azərbaycanın bütün regionlarında 700 mindən çox ağac əkilib. Bu gün kampaniyaya yekun vurulur. Partiyamızın üzvləri bu təşəbbüsə yüksək fəallıqla qoşuldular. Bu kampaniyanın mənası ondan ibarətdir ki, YAP  ekologiyanın təmizliyinə, yaşıllaşdırma işlərinə öz töhfəsini verir. YAP-ın yaradıcısı, Ümummilli lider Heydər Əliyev həmişə yaşıllaşmaya, ağac əkilməsnə böyük önəm verib. Prezident İlham Əliyev də yaşıllaşdırma işlərinə böyük önəm verir  və  bugünlərdə burada şəxsən ağac əkib. Biz də bu startegiyadan kənarda qalmaq istəmirik. Ən güclü partiya olaraq bütün sahələrdə örnək olduğu kimi partiyamız ekoloji tarazlığın təmin  edilməsi sahəsində öz rolunu oynamalıdır və oynayır. Eyni zamanda, bu tipli kampaniyalarla YAP nə qədər mütəşəkkil qüvvə olduğunu nümayiş etdirir. Bu gün YAP üzvləri fəallıqla, sevinc hissi, ruh yüksəkliyi ilə ağac əkirlər. Bu həm də, ünsiyət formasıdır».

YAP Sədrinin müavini bu kampaniyanın bir sıra faydalarının olduğunu vurğulayıb: «Birinci fayda ondan ibarətdir ki, ağac əkilir, ağac isə yaşıllıq, sağlamlıq deməkdir. Bir neçə il keçəcək, burada əkilən badam ağacları bağ olacaq, bar verəcək, həm də gözəl bir yaşıllıq yaranacaq. İkincisi, bu hadisə mütəşəkkilliyin göstəricisidir, digər tərəfdən isə ünsiyyət formasıdır. Məmnunluq hissi ilə demək istəyirəm ki, partiya bütün sahələrdə öz mütəşəkkilliyini gücləndirmək üçün müxtəlif formalardan istifadə edir və bu kampaniya da onlardan biridir».