YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Paşinyan nə deməsindən asılı olmayaraq, Azərbaycanın nə qədər güclü dövlət olduğunu yaxşı bilir

«Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş  Dağlıq Qarabağ bölgəsinə səfəri və bu səfər zamanı səsləndirdiyi bəyanatlar tamamilə yanlışdır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Paşinyan Ermənistanı böhrandan xilas etmək istəyirsə, ağılla hərəkət etməli və Azərbaycana məxsus olan torpaqları geri qaytarmalıdır. Onun sözlərinə görə, işğalçı ölkənin yeni baş nazirinin fikirləri daxili auditoriya üçün hesablanıb.

«Paşinyan nə deməsindən asılı olmayaraq, Azərbaycanın nə qədər güclü dövlət olduğunu yaxşı bilir. Azərbaycanın güclü ordusu var. Əgər ermənilər xoşluqla sülhə gəlməsələr, Azərbaycan dövləti öz gücünə torpaqlarımızı işğaldan azad edəcək»-deyə, deputat qeyd edib.