YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erkan Özoral: Ermənistanla əməkdaşlıq bu ölkə ancaq işğalçılıq siyasətindən əl çəkəndən sonra mümkün ola bilər

Türkiyə və Azərbaycanın Ermənistanla əməkdaşlığı bu ölkə ancaq işğalçılıq siyasətindən əl çəkəndən sonra mümkün ola bilər.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, Ermənistan Türkiyənin qardaş dövləti olan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxladığı müddətdə bu ölkə ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Məsələ Ermənistanda iqtidarın dəyişməsi məsələsi deyil, problemin həlli 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvasına qayıtması ilə bağlıdır. Rəsmi Yerevan bu problemi həll etdiyi təqdirdə əməkdaşlıqla bağlı danışıqlara gedilə bilər.