YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Əsl sosial siyasət budur

«Əsl sosial siyasət budur. Bu mərasim onu təsdiq edir ki, dövlətimizin siyasətinin əsasında insanlara, xüsusilə qayğıya ehtiyacı olan vətəndaşlara diqqət və kömək dayanır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli YAP-ın  təşkilatçılığı ilə 8 saylı Sanatoriya tipli İnternat Məktəbinin sakinlərinə keçirilən toy mərasiminə münasibət bildirərkən deyib.

H.Rəcəbli bildirib ki, bu siyasəti Ulu öndərimiz Heydər Əliyev müəyyənləşdirib və hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

«Yeni Azərbaycan Partiyası həmişə bu tipli xeyirxah aksiyalarla çıxış edir. İnanıram ki, bu gənclərimiz cəmiyyətimizdə nümunəvi  ailələrdən biri olacaq»-deyə, komitə sədri vurğulayıb.