YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə rayonlararası cüdo yarışı keçirilib

 Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə rayonlararası cüdo yarışı keçirilib. Respublikanın 10 şəhər və rayonundan olan idmançıların iştirakı ilə keçirilən açıq birincilikdə 11 çəki dərəcəsində yeniyetmə gənclər mübarizə aparıblar. Tədbiri giriş sözü ilə açan Yevlax Uşaq, Gənclər, İdman və şahmat məktəbinin drektoru Teymur İskəndərov yarış haqqında geniş məlumat verib.

Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev, Yevlax şəhər  İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yevlax şəhər Gənclər İdman idarəsinin rəisi Bünyamin Musayev Ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti, Onun idmana qayğısı haqqında danışıblar. Natiqlər Ümummilli lider Heydər Əliyevin əsasının qoyduğu siyasətin partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan gəncliyinə və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini bildiriblər.

Maraqlı idman mübarizəsi şəraititndə keçən yarışın nəticəsində 11 çəki üzrə ümumlikdə 44 idmançı fərqlənib ki, onlardan 11 nəfər 1-ci yer, 11 nəfər 2-ci yer , 22 fər isə 3-cü yerin sahibi olub.Qaliblər YAP Yevlax şəhər təşkilatının fəxri fərmanı və medallarla  təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv