YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə “Heydər Əliyev-əməlləri ilə Azərbaycan tarixində əbədi iz qoyan dahi şəxsiyyət” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev-əməlləri ilə Azərbaycan tarixində əbədi iz qoyan dahi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda öncə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə  çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi fəaliyyətindən, Onun Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərindən, realaşdırdığı genişmiqyaslı demokratik islahatlardan bəhs edib. Natiq, həmçinin bu gün  Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli inkişafdan danışıb. N.Bayramov qeyd edib ki, bu gün ölkəmizin əldə etdiyi bütün nailiyyətlər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, mədəni və idman yarışları Heydər Əliyev ideyalarının reallaşmasının nəticələridir. Bu, bir daha onu göstərir ki, nə qədər müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ideyaları daima yaşayacaq və uğurlar qazanacaq.

Tədbirdə daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu dövlətin xalqına xidmət göstərən hər bir şəxs üçün örnəkdir”, Mingəçevir Tibb Kollecinin İctimai fənnlər müəllimi Kəmalə Hüseynova “Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasəti”, 6 saylı orta məktəbin direktoru Xurşud Zamanova “Müasir dövrdə əldə edilən nailiyyətlər Heydər Əliyev xəttinin uğurlu davamının nəticəsidir” mövzusunda çıxış ediblər.