YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan portalı Şuşanın işğalı barədə məqalə yayıb

Özbəkistanın Kun.uz portalı Şuşanın işğalı ilə bağlı rus dilində “İşğalçılar, Şuşada görüşənədək” sərlövhəli məqalə yayıb.

Məqalədə deyilir ki, 26 il əvvəl mayın 7-dən 8-nə keçən gecə qədim Şuşa şəhəri Ermənistan silahlı qüvvələrinin 11 min nəfərlik qoşun birləşmələri tərəfindən işğal edilib və dağıdılıb. Şuşa işğal edilərkən 195 nəfər şəhid, 102 nəfər əlil olub, 165 insan itkin düşüb. Ermənilər Şuşada çoxsaylı dini, tarixi və mədəniyyət abidələrini, 7 məktəbəqədər tərbiyə müəssisəsini, 22 müxtəlif profilli məktəb və texnikumu, 8 mədəniyyət evini, 14 klubu, 2 kinoteatrı, 3 muzeyi, 20 kitabxananı, nadir əlyazmaları, Şərq musiqi alətləri fabrikini və digər müəssisələri dağıdıblar. Şuşa işğal olunana qədər bu şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili olub və bu abidələrin əksəriyyəti məhv edilib. İşğal nəticəsində Şuşa, Əskəran və Xocalı qalaları, Azıx və Qaxal mağaraları dağıdılıb.

Yazıda Şuşanın tanınmış xanəndələri və şairləri haqqında da söhbət açılır.