YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Dağlıq Qarabağ münaqişəsi tək region üçün deyil, bütün Avropa üçün təhlükəlidir

«Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, davam edən münaqişədir. Münaqişənin çox çətin və ağrılı nəticələri var». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Ermənistanın bir neçə dəfə Dağlıq Qarabağdan olan məhsulları digər bazarlara çıxarmağa cəhd edib. Bizə bununla bağlı dərhal məlumat göndərildi. Buna reaksiya verilməklə müəyyən nəticələr əldə edə bildik. Bəziləri bu məhsulları tamamilə bazarlardan çıxardı, bəziləri isə bununla bağlı işlər görəcəyini bildirdi. Avropa İttifaqı da bu məsələyə dərhal reaksiya verməlidir.

«Ermənistanda çox pis tendensiyalar var. Onlar beynəlxalq hüquq normalarına istinad edə bilmirlər. Çünki bilirlər ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə də onlar turizm, film, mədəniyyət sahəsində bizim əraziləri müstəqil kimi digərlərinə qəbul etdirməyə çalışırlar. Lakin biz sadəlövh deyilik və bilirik ki, hüquq bizim tərəfimizdədir. Həmçinin, Ermənistan Azərbayan haqqında dünyada mənfi fikirlər formalaşdırmağa çalışır. Guya Azərbaycanda insan hüquqları pozulur və s. Dağlıq Qarabağ münaqişəsi tək region üçün deyil, bütün Avropa üçün təhlükəlidir. Bu baxımdan münaqişəyə düzgün yanaşma sərgilənməlidir»- deyə, komitə sədri vurğulayıb.