YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib

Gəncədə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası təşkil edilib.

Şəhərin idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı aksiyaya səhər saatlarından başlanılıb. “700 min ağac əkək” devizi ilə Ulu öndərin adını daşıyan park-kompleksin ərazisində 10 min ədəd həmişəyaşıl eldar şamı ağacı əkilib. Aksiya iştirakçıları təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.