YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilən “Heydər Əliyev” portretinin təqdimat mərasiminin iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilən “Heydər Əliyev” portretinin təqdimat mərasiminin iştirakçıları  mayın 7-si Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.