YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir

«Qazanılan uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır. Qarşıdakı illər üçün başlıca hədəflərdən biri də Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf  Əliyev deyib.

R.Əliyev bildirib ki, iqtisadiyyatın əsas göstəricisi olan büdcə son on ildə 20 dəfədən çox artıb. Onun sözlərinə görə, ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin illik artım sürəti ötən on ildə dünya ölkələri arasında ən yüksək göstəricilərdən birini təşkil edir.

«İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığında həlledici rol oynayır. İqtisadi sahədəki islahatlar güclü sosial siyasətlə tamamlanır. Bu uğurlara əsas verən amil isə düzgün və düşünülmüş siyasətdir. Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir»- deyə, komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv