YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Muxtar İmanov: Mədəniyyətimizin inkişafına diqqət və qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz dünya miqyasında tanınır

«Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, mənəvi dünyamızın ən qiymətli sərvəti olan ədəbiyyatımıza, mədəniyyətimizə daim diqqət və qayğı göstərib». Bu fikri AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov deyib.

M.İmanov bildirib ki, Ulu öndərimiz hər zaman bütün sahələrdə olduğu kimi, aşıq sənətinə, folklora daim qayğı ilə yanaşıb. Onun sözlərinə görə,  mili mənəvi dəyərlərə xüsusi önəm verən Ulu öndər Heydər Əliyevin humanitar siyasətində folklorun yeri və çəkisi həmişə seçilib.

«Ulu öndərin müvafiq Sərəncamına əsasən, 1998-ci ildə Azərbaycan xalqının tarixini, milli köklərini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin dünya səviyyəsində keçirilib. Ümummilli lider Heydər Əliyevin mədəniyyət, ədəbiyyat sahəsində apardığı siyasətin bu gün də uğurla davam etdirilir. Hazırda bu sahədə çalışan insanlar qayğı ilə əhatə olunublar. Mədəniyyətimizin inkişafına diqqət və qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz dünya miqyasında tanınır»-deyə, M.İmanov vurğulayıb.