YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə futbol üzrə rayon çempionatına start verib

Mayın 2-də Ağstafa şəhər stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə YAP Ağstafa rayon təşkilatı və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə futbol üzrə rayon çempionatına start verildi.

Çempionata 9 mayda yekun vurulacaq və qalib komandaya kubok, qiymətli hədiyyələr veriləcək.

Çempionatda 8 komanda iştirak edir. Püşkatma yolu ilə komandaların görüş qrafiki tutulmuşdur.