YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlk iki ayda TRACECA çərçivəsində Azərbaycandan 8 milyon tondan çox yük daşınıb

2018-ci ilin yanvar-fevral ayları ərzində Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yükdaşımalarının həcmi 8 milyon 431,4 min ton təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, TRACECA çərçivəsində yüklərin 1 milyon 909 min tonu və ya 22,6 faizi dəmiryolu, 5 milyon 275,4 min tonu və ya 62,6 faizi avtomobil, 1 milyon 247 min tonu və ya 14,8 faizi isə dəniz nəqliyyatının payına düşüb.

2017-ci il ərzində TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində tranzit yüklərin payı 10 milyon 186,6 min ton və ya 19,3 faiz olub. 2016-cı ilin göstəricisi ilə müqayisədə artım 28,9 faiz təşkil edib.

Qeyd edək ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.

Proqramın iştirakçıları Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan və Ermənistandır.