YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hazırlıq işlərini davam etdirir

«Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzaladığı  Sərəncam Cümhuriyyət irsinə, ideyalarına verilən yüksək dəyərdir». Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib.

B.Muradova bildirib ki, Milli Məclis Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirəcək. Onun sözlərinə görə, cəmiyyətdə parlamentin bu əlamətdar hadisə ilə bağlı hansı işləri görəcəyi ilə bağlı fikirlər səslənirdi.

«Məlumat üçün bildirim ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb. Həmçinin bildirim ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı da yubiley medalının təsis edilməsi istiqamətində də iş gedir. Azərbaycan parlamentinin 100 illik yubileyi ilə balı böyük tədbir keçiriləcək və bu tədbirin payız aylarında keçirilməsi gözlənilir. Bundan başqa, Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlının rəhbərliyi ilə alimlərdən ibarət qrup Azərbaycanda  parlamentarizm tarixinə dair toplu hazırlayır. Hesab edirəm ki, bu nəşr Xalq Cümhuriyyətinin 100 illik yubileyinə böyük töhfə olacaq»-deyə, vitse-spiker vurğulayıb.