YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hüquqi əsaslar yaradır

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 20 ildən artıqdır ki, uzanır. Buna səbəb isə Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsidir”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, münaqişə nəticəsində respublikamız böyük itkilərə məruz qalıb - ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb, çoxlu sayda şəhər və kəndlərimiz, tarixi maddi mədəniyyət abidələrimiz dağıdılıb, işğal altındakı ərazilərdə təbii sərvətlərimiz bu gün də talan olunmaqdadır.

“Azərbaycan tarixi ədalətin öz yerini tutması - ölkənin ərazi bütövlüyünün təmin olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də digər beynəlxalq platformalarda konstruktiv mövqe sərgiləyir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi belə bir fundamental prinsipə əsaslanır ki, beynəlxalq hüquq, dünyada qəbul edilən normalar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əsas götürülməlidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hüquqi əsaslar yaradır”- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv