YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş xüsusi buraxılış çapdan çıxıb

Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalının görkəmli yazıçı və ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub.

BDU-dan  bildiriblər ki, xüsusi buraxılışda Azərbaycanın tanınmış alim və ziyalılarının Mir Cəlal Paşayevin elmi və ədəbi irsinə həsr edilmiş məqalələri yer alıb.

Qeyd edək ki, bu elmi məcmuənin əsasını qoyan Mir Cəlal Paşayev bir müddət jurnalın baş redaktoru olub.