Xəbərlər
Azərbaycanın müdafiə naziri Çində səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR milli müdafiə naziri, general-polkovnik Vei Fenxenin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində Çin rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər məsələlər müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyəti Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə də baş çəkəcək.