Xəbərlər
Yunanıstan Prezidenti Prokopis Pavlopulos Prezident İlham Əliyevi təbrik edib

Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir: “Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm”.