YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Prezident İlham Əliyevi təbrik edib

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Dost Azərbaycan xalqının mütləq əksəriyyəti 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində öz səsini yenidən Sizə verdi.

Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin dövlət xadimi kimi nüfuzunuzun və xidmətlərinizin sübutudur.

Bu xoş fürsətdən istifadə edərək Qabon xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimizi Sizə çatdırmaqdan məmnunluq duyuram. Ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar arzu edirəm.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin xalqlarımızın maraqlarına uyğun olaraq daim möhkəmləndirilməsi naminə Sizinlə birgə işləmək arzusunda olduğumu bir daha ifadə etməkdən məmnunam.

Cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi çatdırır və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.