YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Bundestaqının üzvü Karin Ştrents Prezident İlham Əliyevə təbrik ünvanaldı

Almaniya Federativ Respublikası Bundestaqının üzvü Karin Ştrents Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanaldı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mədəni, iqtisadi, elmi və siyasi əlaqələrin dərinləşdirilməsi üçün gələcəkdə də dəstəyimi göstərməyə hazır olduğumu bildirirəm.

Dəfələrlə ölkənizdə səfərdə olmuşam. Hər səfərdə Azərbaycanın inkişafı və xüsusi əhəmiyyətindən daha da təsirlənmişəm. Sizin yorulmaz fəaliyyətiniz və davamlı səyləriniz nəticəsində Azərbaycan ötən illərdə çox böyük uğurlara nail olub.

Bu il aprelin 29-dan mayın 2-dək yenidən Bakıya səfər edəcəyimdən böyük sevinc hissi duyuram.

Səfərimin əsasında birgə tariximizin köklərini əks etdirən Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi durur. Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri kimi fəaliyyətim dövründə belə tədbirlərdə həvəslə iştirak etmişəm. Çünki mədəni əlaqələr ən müxtəlif köklərə malik insanlar arasında münasibətlərin möhkəmlənməsi üçün mühüm amildir”.

 

DİGƏR Xəbərlər Arxiv