YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilib.