YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO-nun Ali Baş Komandanı: Azərbaycan Alyansın etibarlı tərəfdaşıdır

Aprelin 20-də Azərbaycan Respublikasının müdafiə naziri vəzifələrini icra edən, general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik Z.Həsənov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin inkişaf etdiyini vurğulayaraq, Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıqdan, o cümlədən Ordumuzun müxtəlif proqramlar çərçivəsində fəaliyyətindən, Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına verilən töhfədən danışıb. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Z.Həsənov vurğulayıb ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir. NATO-nun Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirən Z.Həsənov Alyansın bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcəyinə əminliyini bildirib.

Həmçinin Ermənistandan nüvə komponentləri qaçaqmalçılığının həyata keçirildiyini xatırladaraq, bunun təkcə regionun deyil, eyni zamanda, daha geniş miqyasda təhlükəsizliyə ciddi təhdid təşkil etdiyi vurğulanıb.

Ölkəmizin sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını bildirən general-polkovnik Z.Həsənov bəzi xarici ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulduğunu da qonağın diqqətinə çatdırıb.

General K.Skaparotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

Qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün Bakıda keçirilməsi üçün göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.