YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik ünvanladı

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Prezident seçkilərində qələbəniz və dövlət başçısı səlahiyyətlərini yenidən icra etməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyur, dost xalqınızın ümid və istəklərini yerinə yetirmək istiqamətində şərəfli yolunuzun davamında uğurlar arzulayıram.

Sözsüz ki, seçkilərdə yüksək səs çoxluğu ilə qələbəniz xalqınızın Sizin müdrik rəhbərliyinizlə əldə etdiyi uğurları davam etdirmək əzminin əyani sübutudur.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız üçün firavanlıq və rifaha yeni üfüqlər açan bütün sahələrdə qarşılıqlı əməkdaşlıq yollarının inkişafının əhəmiyyətini vurğulamaq istərdim”.

DİGƏR Xəbərlər Arxiv