YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyetnam KP MK-nın baş katibi Nquyen Phu Tronq Prezident İlham Əliyevi təbrik edib

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və Yeni Azərbaycan Partiyasına təbriklərimi qəbul edin. Ürəkdən inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da firavanlaşacaq, regional və qlobal sülhə, təhlükəsizliyə və inkişafa töhfə verəcək. Vyetnam Kommunist Partiyası və hökuməti Azərbaycan Respublikası ilə ənənəvi dostluq münasibətlərini və müxtəlif sahələrdə əlaqələri genişləndirərək Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri kimi Sizinlə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”.