YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan Prezidenti Yanoş Ader Prezident İlham Əliyevə təbrik ünvanaldı

Macarıstan Respublikasının Prezidenti Yanoş Ader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanaldı.

Təbrikdə deyilir: “İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və and içməyiniz münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırım.

İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə daim inkişaf etməsi mənə böyük məmnunluq hissi verir. Ümid edirəm ki, əlaqələrimiz daha da dərinləşəcək, ölkələrimizin ümumi maraqlarına və xalqlarımızın rifahına yaxşı xidmət göstərəcəkdir.

Sizə ali dövləti vəzifənizdə möhkəm cansağlığı və uğurlar arzulayıram”.